Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab matçlarına start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. İngiltərənin “Arsenal” klubu öz meydanında İspaniyanın “Atletiko Madrid” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək. Komandalar arasında Madriddə baş tutan ilk oyunda heç-heçə qeydə alınıb – 1:1. Cütün qalibi turnirin ilk finalçısı olacaq.
Qeyd edək ki, yarımfinalın digər cavab matçı mayın 6-da Almaniyada “Bavariya” ilə Fransanın PSJ klubu arasında oynanılacaq.