Mayın 5-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində iməcilik təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbir Masallı rayonunun Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel şəhidi Nurlan Əsgərlinin xatirəsinə yaradılmış “Şəhid qardaşlar” muzeyində keçirilib.
İməcilik zamanı muzeyin ərazisində təmizlik və abadlıq işləri görülüb, ağaclar budanıb, bina ətrafı quru otlardan təmizlənib. Eyni zamanda, muzey binasında səliqə-sahman yaradılıb, ümumi təmizlik işləri aparılıb.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və rayon təşkilatının fəallarına minnətdarlıqlarını ifadə edib.