05 may 2026 21:46
100

Həftəsonu daha 4 ərazidə rahat gediş-gəliş təmin olunub

Həftəsonu daha 4 ərazidə - Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçələri arası), Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçələri arası), Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçələri arası), və Xarici Dairəvi yolda (“20 Yanvar” istiqaməti) rahat gediş-gəliş təmin olunub.

“İki sahil” yazır ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, mumilikdə təmir işləri 35 min kv.m-ə yaxın ərazini əhatə edib.
Minimum narahatlıq yaratmaq üçün təmir işləri şənbə və bazar günləri icra edilib.
Fasiləsiz çalışırıq ki, yolunuz açıq olsun!