Azərbaycanda hazırda bəzi yerlərdə arabir şimşək çaxır, yağış yağır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 15:00-a olan məlumatında qeyd edilib.
Daşkəsən rayonunun yüksək dağlıq ərazilərinə və Şahdağda qar yağır.
Gədəbəy, Daşkəsən, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.
Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək