07 may 2026 19:55
458

Daha 200 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan daha 200 şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib.

“İki sahil” xəbər verir ki, onlar mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, əsa, dirsəkaltı və qoltuqaltı ağac, statik vertikalizator, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 7600-dək reabilitasiya vasitəsi ilə təmin ediliblər.

Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunur.