08 may 2026 14:22
83

Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib

Köç karvanı Xocavənd şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb. Sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 206 nəfərdən ibarət 57 ailə köçüb.