Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri aparılacaq.
“İki sahil” yazır ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, təmir işləri aşağıdakı tarixlərdə həyata keçiriləcək:
• 8 may saat 22:00-dan 9 may saat 23:00-dək;
• 10 may saat 22:00-dan 11 may saat 23:00-dək.
Aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.
YAP Göygöl rayon təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin plenar iclasına tövsiyə edilib
Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmazda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfransda iştirak edib