Mədəniyyət Nazirliyi sistemindəki Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və mərkəzlərin rəhbərləri iştirak ediblər.
Nazirliyin Regional əlaqələndirmə şöbəsi Regional layihələrin idarəedilməsi sektorunun müdiri Könül Cəfərova və nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov çıxış ediblər. Bildirilib ki, Heydər Əliyev mərkəzləri Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, qorunması və geniş təbliği istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirən müəssisələrdir.
Mərkəzlərdə Ümummilli Liderin zəngin dövlətçilik irsinin daha sistemli şəkildə təbliğinin həyata keçirilməsi, bununla bağlı yeni effektiv vasitələrdən istifadə olunması qarşıda duran əsas vəzifələrdir.
Qeyd olunub ki, Heydər Əliyev mərkəzlərinin funksionallığının artırılması üçün işçi heyətin müvafiq tələblərə cavab verən bilik və bacarıqlarının olması əsas şərtdir.
Sonra müşavirə interaktiv formada davam edib.
Agentliyin nümayəndəsi Naxçıvan Dövlət Universitetində keçirilən dövlət satınalmalarına dair təlimdə çıxış edib
YAP Göygöl rayon təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib