"Ulduz müharibələri" ("Star Wars") film seriyasının personajı Lyuk Skayuolkerin təsvir edildiyi, 1977-ci ilə aid saqqızdan çıxan kolleksiya vərəqəsi ABŞ-dakı hərracda 730 min dollardan baha qiymətə satılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, kart franşizanın ən bahalı kolleksiya vərəqəsinə çevrilərək rekord müəyyənləşdirib.
Hərracın digər lotları arasında həmçinin aktyor Pedro Paskalın "Mandaloriyalı" (The Mandalorian) serialında taxdığı və 42 min dollara satılan mandaloriyalı dəbilqəsi, eləcə də "Ulduz müharibələri" üzrə ən bahalı qeyri-seriya modeli kimi rekord müəyyən edən 1,5 metr hündürlüyündə "Minilliyin şahini" kosmik gəmisinin sərgi modeli də yer alıb.