08 may 2026 20:00
285

Agentlikdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Görüşdə dövlət müəssisələrinin bazar fəaliyyətlərinin rəqabət mühitinə təsirinin qiymətləndirilməsi, bu istiqamətdə Agentlik tərəfindən görülən işlər və qarşıdakı dövr üzrə prioritetlər barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal məsələlər departamentinin baş iqtisadçısı Nino Tçelişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüş çərçivəsində dövlət müəssisələrinin bazar fəaliyyətlərinin rəqabət mühitinə təsirinin qiymətləndirilməsi, bu istiqamətdə Agentlik tərəfindən həyata keçirilən analitik və nəzarət xarakterli fəaliyyətlər, habelə qarşıdakı dövr üzrə prioritetlər barədə məlumat verilib. Dövlət müəssisələri və təbii inhisar subyektlərinin bazar davranışlarının Rəqabət Məcəlləsi çərçivəsində tənzimlənməsi, onların fəaliyyətinin bazarda rəqabət neytrallığına və sağlam rəqabət mühitinə təsiri, eləcə də bu sahədə görülən işlər və planlaşdırılan əlavə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.