Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, uzun illər hüquq sahəsində səmərəli fəaliyyət göstərən Əsabəli Mustafayevin 75 illik yubileyi qeyd olunur.
“İki sahil” xəbər verir ki, yubiley münasibətilə Kollegiya sədri Anar Bağırov veteran vəkili evində ziyarət edərək onu səmimi-qəlbdən təbrik edib, uzun illər ərzində vəkillik peşəsinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.
Görüş zamanı Əsabəli Mustafayev vəkillik fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, müxtəlif dövrlərdə hüquq sahəsində qarşılaşdığı maraqlı hadisələrdən danışıb, vəkillik peşəsinin məsuliyyəti və cəmiyyətdəki rolu barədə fikirlərini səsləndirib.
Sonda xatirə şəkilləri çəkdirilib və yubilyara xoş arzular çatdırılıb.
Qeyd edək ki, Əsabəli Mustafayev 2007-ci ildən etibarən vəkillik fəaliyyəti ilə məşğuldur və hazırda fərdi qaydada vəkillik fəaliyyəti göstərir.