Fransa Liqa 1-ni tərk edəcək ikinci klubun da adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu, "Nant"dır.
Komanda çempionatın 33-cü turunda "Lans"a 0:1 hesabı ilə uduzub. "Nant" mövsümün bitməsinə 1 tur qalmış 23 xalla 17-cidir. Erik Blahiçin komandası 16-cı pillədəki "Oser"dən 5 xal geri qalır.
"Nant" növbəti mövsümdə Liqa 2-də yarışacaq.
Xatırladaq ki, daha əvvəl “Mets”in Liqa 1-i tərk edəcəyi dəqiqləşmişdi.