Atəşkəs elanını və Ukrayna ilə Rusiya arasında planlaşdırılan genişmiqyaslı əsir mübadiləsini alqışlayıram.
“İki sahil” xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu bəyanatla çıxış edib. “ABŞ-nin bu razılaşmanı asanlaşdırmaq səylərini təqdir edirəm və onun həyata keçirilməsini tam dəstəkləyirəm. BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq, ədalətli, davamlı və hərtərəfli sülhə doğru ilk addım olaraq dərhal, tam, qeyd-şərtsiz və davamlı atəşkəs çağırışımı bir daha təkrarlayıram”, - deyə o bildirib.