09 may 2026 21:21
106

Paraüzgüçümüz Dünya seriyasında bürünc medal qazanıb

Almaniyanın paytaxtı Berlində Paraüzgüçülük üzrə Dünya seriyasının növbəti mərhələsi keçirilir.

“İki sahil” xəbər verir ki, yeniyetmə paralimpiyaçımız Əli Vəliyev S10 kateqoriyasında 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda 1:03.42 nəticə ilə gənclər arasında bürünc medal qazanıb.