Bakının Hüseyn Cavid prospektində yaşayış mənzili yanıb.
“İki sahil” xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.
"Evdə 2 nəfər olub. Xəsarət alan 1 nəfərə yerində tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. FHN-in yanğınsöndürmə xidməti hadisə yerinə cəlb edilib".
FHN-dən verilən məlumata görə, yanğının qarşısı alınıb.