10 may 2026 15:28
126

Səfir: Pakistan Azərbaycana mənəvi və diplomatik dəstəyə görə minnətdardır

Pakistan hökuməti və xalqı Hindistan tərəfindən işğal olunmuş Cammu və Kəşmir məsələsində, eləcə də ötən il Hindistanın Pakistana qarşı təcavüzü ilə əlaqədar prinsipial mənəvi və diplomatik dəstəyə görə Azərbaycana səmimi minnətdarlığını bildirir.

“İki sahil” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Haqq Savaşının (Marka-e-Haq) birinci ildönümü münasibətilə müraciətində bildirib.

“Bu gün biz Hindistanın təcavüzünə qarşı Vətənin müdafiəsinə intizam və qətiyyətlə qalxan silahlı qüvvələrimizin qəhrəmanlığına ehtiramımızı bildiririk”, - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Pakistan sülhün tərəfdarıdır, lakin milli maraqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir.

“BMT Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən Pakistan, Pakistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı feldmarşal Asim Munirin rəhbərliyi altında özünümüdafiə üzrə ayrılmaz hüququndan istifadə edərək, yalnız Pakistana qarşı hücumlar üçün istifadə olunan Hindistanın hərbi obyektlərinə qarşı qətiyyətli, dəqiq və mütənasib cavab zərbəsi endirib”, - deyə diplomat vurğulayıb.

Mohiuddin həmçinin bildirib ki, Cammu və Kəşmir məsələsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həll olunmadan Cənubi Asiyada uzunmüddətli sülh mümkün deyil.