10 may 2026 18:11
101

BƏƏ Müdafiə Nazirliyi: İranın hücumlarında 230 nəfər yaralanıb

BƏƏ-nin hava hücumundan müdafiə (HHM) qüvvələri bu gün İran tərəfdən gələn iki pilotsuz uçuş aparatını ələ keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

"İranın hücumları başlayandan bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri 551 ballistik raket, 29 qanadlı raket və 2 265 pilotsuz uçuş aparatını ələ keçirib.

İranın BƏƏ dövlətinə hücumları başlayandan bəri yaralıların ümumi sayı müxtəlif millətlərdən 230 nəfərə çatıb", - qurumdan qeyd edilib və ölənlərin sayının dəyişmədiyini - 13 nəfər olaraq qaldığı vurğulanıb.

BƏƏ Müdafiə Nazirliyindən vurğulayıblar ki, dövlətin təhlükəsizliyinin və suverenliyinin sarsıdılmasına yönəlmiş istənilən təhdidlərin qarşısını almaq üçün yüksək döyüş hazırlığı vəziyyətindədirlər.