Çinin İranla bağlı mövqeyi aydın və dəyişməzdir, Pekin regional gərginliyin artmasına qarşıdır.
“İki sahil” xəbər verir ki, bu, Çin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
Çin XİN Vaşinqtonun İranla əməkdaşlıq ittihamı ilə üç Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları pisləyib. "Bu "birtərəfli və qeyri-qanuni" tədbirlər Pekinin İranla bağlı mövqelərini dəyişməyəcək", - bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ məhdudiyyətlərə məruz qoyduğu Çin şirkətlərini İrana peyk görüntüləri təqdim etməkdə və bu yolla hərbi əməliyyatlarda iştirakda ittiham edib. Pekin isə ittihamı rədd edir: "Bu, Vaşinqtonun təzyiq və sanksiyalar siyasətinin bir hissəsidir".