12 may 2026 13:34
94

Paytaxtda piyada keçidlərindəki eskalatorlar BŞİH-in balansına verilir

Bakıda yerüstü və yeraltı piyada keçidlərindəki eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına verilir.

“İki sahil” xəbər verir ki, bu barədə BŞİH-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.

Daha sonra isə onların Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansından alınaraq BŞİH-ə verilməsi planlaşdırılır.