Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya məktub ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib