15 may 2026 16:12
93

Paralimpiya çempionumuza xüsusi mükafat təqdim olunub

Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə Avropanı təmsil edən 8 Paralimpiya və Olimpiya çempionuna xüsusi mükafat təqdim olunub.

“İki sahil” xəbər verir ki, Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatı çərçivəsində baş tutan mükafatlandırma mərasimində Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı İmaməddin Xəlilov da xüsusi mükafata layiq görülüb.