18 may 2026 11:28
92

Komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub

Rusiyanın Xabarovsk şəhərində cüdo üzrə yeniyetmələr arasında Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Azərbaycanı yarışda 5 idmançı təmsil edib. Komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Polad Həsənli (-81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medalın sahibi olub.Zaməddin Bağırov (-66 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.