Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) salamlarımı çatdırıram. Siz qlobal böhranlar, münaqişələr, artan enerji xərcləri və bahalaşan ərzaq qiymətləri dövründə görüşürsünüz.
“İki sahil” xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirilən WUF13-ün açılış mərasimi zamanı tədbir iştirakçılarına videomüraciətində deyib.
O, bugünkü gündəliyin daha az danışılan qlobal mənzil böhranına yönəldiyini vurğulayaraq əlavə edib: “Mənzil təminatı bir insan hüququdur və insan ləyaqəti üçün fundamental əhəmiyyət daşıyır. Ümumdünya Şəhərsalma Forumu həmin məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq”, - deyə BMT-nin Baş katibi vurğulayıb.
Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk