Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda həyata keçirilən Ağ Şəhər və “Sea Breeze” layihələrinə də toxunub.
“İki sahil” xəbər verir ki, çirkləndiyi üçün əvvəllər ərazinin “Qara şəhər” adlandırıldığını söyləyən dövlətimizin başçısı deyib: “İndi isə biz müasir şəhərsalmanın nümunəsi Ağ şəhəri yaratmışıq”.
Prezident İlham Əliyev bizim şəhərsalmanın inkişafının digər təzahürü kimi isə “Sea Breeze”i qeyd edib və qonaqlara sahilyanı zonada yerləşən həmin yerə baş çəkməyi tövsiyə edib.
Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır
Şavkat Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTO