COP31-də 196 ölkədən 100 mindən çox qonağın iştirakı gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
O qeyd edib ki, COP31-in əsas mövzularından biri dayanıqlı və davamlı şəhərlərin inkişafı olacaq. “Bu sahədə Azərbaycanın təcrübəsindən yararlanacaq, Bakıda qəbul edilən qərarların COP31 çərçivəsində də tətbiq olunmasına çalışacağıq. Ölkələrimiz adından COP31 çərçivəsində bu mövzuları daha geniş şəkildə müzakirə edəcəyik”,- deyə nazir əlavə edib. (AZƏRTAC)
Fəxr edirəm ki, xarici missiya çərçivəsində ilk səfərim məhz bu ölkəyə olub - Məryəm Nəvaz Şərif
Liviya Prezident Şurasının Sədri: Bakı ənənə ilə müasirliyin gözəl qarışığının nümunəsidir