18 may 2026 22:15
97

AQTİ-nin səyyar laboratoriyası WUF13-də: Dəqiq və operativ nəzarət

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) səyyar qida laboratoriyası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü (WUF13) Sessiyası çərçivəsində fəaliyyətini uğurla davam etdirir. “İki sahil” xəbər verir ki, laboratoriyada tədbir zamanı istehlak olunan su və qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri operativ şəkildə yerində müayinədən keçirilir.
Səyyar qida laboratoriyası beynəlxalq standartlara uyğun fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqlarının aparılması üçün zəruri cihaz və müasir avadanlıqlarla təchiz olunub. Laboratoriyaya təqdim edilən nümunələr qısa müddətdə analiz edilir və nəticələr operativ qaydada qiymətləndirilir.
Qeyd edək ki, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbir zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.