Azərbaycanın Bağdaddakı səfiri Eldar Səlimov İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) Baş Qərargahında olub.
“İki sahil” xəbər verir ki, E. Səlimov bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
Səfir burada İTC sədri və Kərkük vilayətinin qubernatoru Mehmet Səman Ağa ilə görüşüb.
"Millət vəkilləri və vilayət rəhbərliyi ilə Azərbaycanla İraq türkmanları arasındakı çoxşaxəli əlaqələrin gələcəyini, ortaq layihələri dəyərləndirdik", - E. Səlimov bildirib.
Səfir həmçinin qubernator ilə tarixi Kərkük Qalasını ziyarət etdiyini vurğulayıb:
"Qədim mədəniyyətimizin bu unikal rəmzi hazırda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ehtiyac duyur. Arzu edirəm ki, bu qədim abidə tezliklə layiq olduğu ehtişama qovuşsun".
Qeyd edək ki, Kərkükə təxminən bir əsr sonra türkman qubernator seçilib və prezident tərəfindən təsdiqlənib.
Ceyhun Bayramov ilə İshaq Dar ABŞ və İran arasında əldə olunan razılşamanı müzakirə ediblər
Prezidentin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB