Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Meksikanın aqrar, ərazi və şəhərsalma naziri Edna Elena Veqa Rangel ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə komitənin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilib, həmçinin şəhər transformasiyası, həyat keyfiyyətinin yüksəldilməsi və Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin postmünaqişə bərpası sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb.
Eyni zamanda, Ümumdünya Şəhərsalma Forumunun təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə növbəti WUF14 sessiyasına ev sahibliyi edəcək Mexiko şəhərinə uğurlar arzulanıb.
Milli Məclisin deputatı: Qarabağ və Şərqi Zəngəzurda müasir və təhlükəsiz şəhər mühiti formalaşdırılır
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb