Böhranların insan faktoru və ya təbii fəlakətlər səbəbindən baş verməsindən asılı olmayaraq, hər bir kontekst fərqlidir. Lakin günün sonunda zərər çəkən tərəf insanların özüdür.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.
O bildirib ki, bu böhranın bütün həll yolları insan mərkəzli olmalı, onların ləyaqətlə yaşamaları üçün lazımi mühitin yaradılmasını nəzərə almalıdır.