21 may 2026 16:37
128

YAP Kürdəmir rayon təşkilatı tərəfindən fəallarla görüş keçirilib

Mayın 21-də YAP Kürdəmir rayon təşkilatının qərargahında fəallarla görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, ideoloji işlər üzrə məsləhətçi Məhəmməd Heydərli fəallara qarşıda duran məsələlər haqqında məlumat veriblər.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov görüş çərçivəsində YAP Mərkəzi Aparatının qeyd etdiyi məsələləri fəalların diqqətinə çatdırmış və fəallara müvafiq tövsiyələr vermişdir. Fəallarla Ulu Öndər Heydər Əliyevin müdrik siyasi irsinin, Möhtərəm Prezident İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən güclü dövlət siyasətinin sosial platformalarda layiqincə təbliğinin daha yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində xüsusi müzakirələr aparılmış, eyni zamanda fəalların səsləndirdiyi fikirlər qeydə alınmışdır.

Ayaz Cəbrayılov bildirib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal miqyasda şəhərsalma, memarlıq, davamlı inkişaf və insan rifahı məsələlərinin müzakirə olunduğu ən mühüm beynəlxalq platformalardan biridir. Bu mənada YAP Mərkəzi Aparatının Sosial Media Qrupunun tapşırıqlarına uyğun olaraq rayon təşkilatı aparatının əməkdaşları və fəalları sosial şəbəkələrdə WUF13 (Ümumdünya Şəhərsalma Forumu) tədbirlərinə genişmiqyaslı dəstək nümayiş etdirərək, tədbirin təbliğatında fəal iştirak edirlər, qlobal forumun əhəmiyyətini vurğulayan məlumatları operativ şəkildə paylaşırlar.

Müstəqil müasir Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə və Ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin bənzərsiz siyasətinə sadiqlik, eyni zamanda dövlətimizin və xalqımızın maraqları naminə həyata keçirilən güclü siyasətimizin layiqincə təbliğ olunması YAP Kürdəmir rayon təşkilatı Aparatının və fəallarının fəaliyyətinin qayəsini təşkil edir.

Daha sonra rayon təşkilatının sosial şəbəkələrdə daimi işləyən fəalları qiymətli hədiyyələrlə mükafatlandırılıb və xatirə şəkli çəkdirilib.