Mayın 22-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 5 çəkidə 164 cüdoçu qüvvəsini sınayıb. Qızlar -48 kq, -63 kq; oğlanlar isə -60 kq, -81 kq, +90 kq çəki dərəcələrində mübarizə aparıb.
Yarışda ümumilikdə 100 klub və idman cəmiyyətindən 614 cüdoçu (494 oğlan, 120 qız) iştirak edib.
Mükafatçıları təqdim edirik:
Qızlar
-48 kq
1. Nərmin Niftalızadə (Şuşa UGİM)
2. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Mədinə Hüseynova (Saray İK)
3. Məsumə Təhməzli (Bakı Cüdo Klubu)
-63 kq
1. Zilan Hüseynli (Şağan OİK)
2. Nərmin Sadulova (Sərhədçi İM)
3. Məryəm Yusifli (Ordu İdman Klubu)
3. Səma Vəlizadə (Neftçi Sumqayıt)
Oğlanlar
-60 kq
1. Əli Abdullayev (Judo Club 2020 İK)
2. Ayxan Abbaszadə (Goranboy UGİM)
3. Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
-81 kq
1. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. İslam Adıgözəlzadə (Elxan İK)
3. Yusif Ağakişiyev (RKİM)
3. Ömər Atayev (Judo Club 2012)
+90 kq
1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. İdris Xanbalayev (Ordu İdman Klubu)
3. Hüseyn Mehdiyev (ROİL)
3. Nihad Məlikli (Neftçi Sumqayıt)