Özbəkistan Respublikası Mərkəzi Bankının nümayəndə heyəti Mərkəzi Bankda işgüzar səfərdə olub.
Mərkəzi Bankdan “İki sahil”ə bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər arasında maliyyə hesabatlılığı, mühasibat uçotu, büdcə planlaşdırılması və idarəedilməsinin avtomatlaşdırılması istiqamətləri üzrə interaktiv təqdimatlar nümayiş etdirilib, qarşılıqlı məlumat mübadiləsi aparılıb.
Görüşlərdə, həmçinin maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübə, bank əməliyyat sistemində avtomatlaşdırılmış uçotun tətbiqi, mövcud çağırışlar və ikitərəfli maraq doğuran digər aktual məsələlər ətraflı müzakirə olunub.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub