Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 518,002 milyon manat sığorta haqqı toplanılıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 250,643 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34 % çoxdur.
Beləliklə, 4 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 41,4 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 39,3 manat olub.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub