25 may 2026 23:16
74

İranın yeni şərti ortaya çıxdı: ABŞ ilə razılaşma üçün Pekin zəmanəti

İran ABŞ ilə münaqişənin nizamlanması çərçivəsində öz ərazisindən yüksək səviyyədə zənginləşdirilmiş uranın çıxarılmasına hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı yüksəkvəzifəli mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tehran yüksək səviyyədə zənginləşdirilmiş uranın Çinə göndərilməsini əsas şərt kimi irəli sürür.

"Al Hadath"ın həmsöhbətləri həmçinin qeyd ediblər ki, İslam Respublikası ABŞ ilə danışıqlarda irəliləyiş əldə etməzdən əvvəl Çindən zəmanət almağa çalışır.