Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada Ebola qızdırması epidemiyası ilə mübarizə üçün lazım olan maliyyənin yalnız üçdə birini əldə edib.
“İki sahil”in"Reuters"ə istinadən verdiyi məlumata görə, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Bu epidemiyanın qarşısının alınmasında bir çox çətinliklər var. Bu, çox mürəkkəb epidemiyadır və tələb olunan dəstək hələ əldə olunmayıb. Biz lazımi maliyyənin yalnız üçdə birini almışıq", - o deyib.
ÜST rəhbəri beynəlxalq birliyi, xüsusilə tibb işçilərinin lazımi ləvazimatlar və qoruyucu vasitələrlə təmin edilməsi də daxil olmaqla, dəstəyi artırmağa çağırıb.