ABŞ Prezidenti Donald Trampın administrasiyası 2027-ci maliyyə ilinin büdcəsi çərçivəsində ölkənin pilotsuz texnologiyalar sahəsində liderliyini təmin etmək üçün 56 milyard dollar investisiya ayırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" forumunda bəyan edib.
"Prezident Trampın 2027-ci il büdcəsində dronlar sahəsində üstünlüyün təmin edilməsinə 56 milyard dollar məbləğində investisiyanın qoyulacağını görəcəksiniz", - o deyib.
Pentaqon rəhbərinin sözlərinə görə, vəsaitlər ABŞ-nin pilotsuz texnologiyalar sahəsindəki mövqelərinin gücləndirilməsinə yönəldiləcək.