31 may 2026 12:42
92

Ebola təhlükəsi böyüyür

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması ilə əlaqədar xəbərdarlıq olunub. Xəbərdarlığı "Sərhədsiz Həkimlər" tibbi xeyriyyə təşkilatının direktorunun müavini Alan Gonzales edib.

“İki sahil” xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilib.

Qeyd olunub ki, xəbərdarlıqda sözügedən ölkədə Ebola virusunun yayılmasının dərin narahatlıq doğurduğu vurğulanıb.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus virusun qarşısının alınması səylərinə nəzarət etmək üçün Konqo Demokratik Respublikasının İturi əyalətinə səfər edib.

Məlumata görə, Konqo Demokratik Respublikasında azı 246 nəfər Ebola virusuna yoluxaraq ölüb. 1000-dən çox insanın isə hazırda bu xəstəliyin daşıyıcısı olduğu ehtimal edilir.