31 may 2026 22:00
79

ABŞ-ın Cənubi Amerika sahillərində gəmilərə endirdiyi zərbələrdə 200-dən çox insan həlak olub

ABŞ-ın Cənubi Amerika sahillərindəki gəmilərə endirdiyi hava zərbələri nəticəsində 200-dən çox insan həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "New York Post" (NYT) qəzeti yazıb.

Dəqiqləşdirilib ki, söhbət ABŞ-nin Cənubi Amerika sularında narkotik qaçaqmalçılığı ilə əlaqəli şəxslərə qarşı apardığı kampaniyadan gedir. Kampaniya ərzində ümumilikdə 60 zərbə nəticəsində 202 nəfər həlak olub.

"Zərbələr sirr pərdəsinə bürünüb. Yalnız bir neçə cəsəd tapılıb və (ABŞ Prezidenti Donald) Tramp administrasiyasının gəmilərdə daşındığını iddia etdiyi qalıqlar və ya narkotiklər şəklində maddi sübutlar, demək olar, yoxdur", - nəşr yazıb.

Həmçinin bildirilib ki, hüquqşünas dairələri zərbələri qeyri-qanuni hesab edir.