03 iyun 2026 13:46
86

Əli Hüseynli: Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur

Avropa İnsan Hüquqları Məhkəməsi zamanında məcburi köçkünlərin mülkiyyət hüququnun pozulması ilə bağlı qərarlar qəbul edib. Amma onun icra mexanizmi məhz bu gün yaradılır. Xüsusi təyinatlı mənzil fondunun bu yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur. Bu, çox vacibdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin köçürülməsi və onların mülkiyyət hüququnun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanına tapşırılır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Əli Hüseynli deyib.

O bildirib ki, bu, Azərbaycanda insan hüquqlarının təntənəsidir. Layihə konseptual baxımdan çox vacibdir, həm hüquqi, həm sosial müdafiə, həm insan hüquqları baxımdan olduqca əhəmiyyətlidir.