04 iyun 2026 10:58
131

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək.

“İki sahil” xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq.

Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərin qonaqlarına Dənizkənarı Milli Parkda musiqi proqramı təqdim ediləcək.

Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq.