Dünyanın ən böyük və ən qədim aviaşirkətlərindən biri olan “American Airlines”, Hörmüz boğazının bağlanmasının yaratdığı enerji böhranı nəticəsində artan reaktiv yanacaq qiymətlərinə görə avqust və sentyabr aylarında bəzi daxili uçuşları müvəqqəti olaraq dayandırıb.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, bəzi marşrutlarda dayandırmanın oktyabr ayına qədər davam edəcəyi gözlənilir.
Şirkətin açıqlamasında dəyişikliklərdən təsirlənən sərnişinlərin digər uçuşlara yönləndiriləcəyi və ya istədikləri təqdirdə geri ödəniş ala biləcəkləri bildirilib. “American Airlines” bu tənzimləmənin müvəqqəti olduğunu və heç bir marşrutun birdəfəlik ləğv edilmədiyini vurğulayıb.
“American Airlines” rəsmiləri qərarın fövqəladə xərc şərtlərinə qarşı müvəqqəti bir tədbir olduğunu və şirkətin uçuş şəbəkəsinin daimi olaraq azaldılmasını planlaşdırmadığını bildiriblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”