İran silahlı qüvvələri Sirik və Qeşm adalarına hücuma cavab olaraq ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarına zərbələr endirib.
“İki sahil” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilib.
“Mehr” xəbər agentliyinin məlumatına görə, açıqlamada deyilir: “ABŞ-ın Sirik və Qeşm adalarına qarşı təcavüzünə cavab olaraq, bölgədəki bazaları raket zərbələri ilə hədəfə alınıb”.