Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Serbiya Avropa İttifaqına qoşulmağı hədəfləyirsə, eyni vaxtda Rusiya, Çin və Avropa arasında tarazlıq siyasəti aparmaqdan imtina etməlidir.
“İki sahil” xəbər verir ki, Merts bu fikirləri Monteneqroda keçirilmiş Aİ–Qərbi Balkanlar sammitinin nəticələrinə həsr olunan mətbuat konfransında səsləndirib.
Kansler qeyd edib ki, müxtəlif geosiyasi mərkəzlər arasında manevr etmək uzunmüddətli perspektivdə mümkün deyil və Belqrad strateji istiqamətini dəqiq müəyyənləşdirməlidir.
Onun sözlərinə görə, Serbiya öz gələcəyini Avropada görürsə, Avropa İttifaqı da buna müsbət yanaşmağa hazırdır.
Merts vurğulayıb ki, Avropa liderləri Serbiya Prezidenti Aleksandar Vuçić ilə keçirilən görüş zamanı bu mövqeyi və gözləntiləri açıq şəkildə ifadə ediblər.
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
"NBC News": Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər