06 iyun 2026 12:28
135

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

İstanbulda Sıfır Tullantı Festivalı öz işini davam etdirir.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və Agentliyin Departament rəhbəri Fuad Rzazadə Forumun açılış mərasimində iştirak ediblər. Heyət “Sıfır Tullantı – qlobal məsuliyyət kimi”, “Siyasətdən icraya: yerli idarəetmə orqanları üçün fəaliyyət bələdçisi” adlı müzakirələrə də qatılıb, Azərbaycan pavilyonunu ziyarət olunub.

İyunun 7-dək davam edən festival müddətində istifadə olunacaq elektrik enerjisi tamamilə bərpaolunan enerji mənbələrindən təmin ediləcək və bunun beynəlxalq standartlara uyğun sertifikatlarla təsdiqlənəcəyi bildirilir. Bu xüsusiyyəti ilə tədbir dünyanın bərpaolunan enerji mənbələri sertifikatına malik ilk festivalı olmaq xüsusiyyəti daşıyacaq.

Qeyd edək ki, forum bu ilin noyabrın 9-20-də Antalya şəhərində təşkil olunacaq COP31 çərçivəsində keçirilir.