Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
“İki sahil” yazır ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 16:00-a olan məlumatına əsasən Gəncə, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Tovuz, Şəmkir, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.
Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.