07 iyun 2026 17:43
100

Paşinyan: Ermənistanın kənd təsərrüfatı məhsulları Aİ-yə rüsumsuz ixrac ediləcək

"Ermənistandan olan kənd təsərrüfatı məhsulları Avropa İttifaqına (Aİ) gömrük rüsumu olmadan ixrac ediləcək".

“İki sahil” "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

"Aİ yeni ixrac istiqamətinə çevrilib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mənimlə telefon danışığında çox mühüm bir məlumatı çatdırdı: ölkəmizin kənd təsərrüfatı məhsulları Aİ-yə gömrük rüsumları ödənilmədən ixrac olunacaq", - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya tərəfi Ermənistandan mineral su, balıq, spirtli içkilər, həmçinin meyvə-tərəvəz və s. məhsulların ölkəyə idxalını məhdudlaşdırıb.