07 iyun 2026 17:59
109

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı qüvvələri Hörmüz boğazına doğru atılan İranın dörd birtərəfli hücum dronunu vurduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, açıqlamada komandanlıq hücum dronlarının regional dəniz nəqliyyatı üçün təhlükə yaratdığını bildirib. Qeyd olunub ki, ABŞ qüvvələri daha sonra gələcək hücumlardan qorunmaq üçün İranın Goruk və Qeşm adasındakı sahil müşahidə radar məntəqələrinə zərbələr endirib.