07 iyun 2026 23:47
109

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Türkiyənin "Fənərbağça" klubunun yeni prezidenti bəlli olub.

“İki sahil” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Əziz Yıldırım seçilib.

Səsvermənin nəticələrinə əsasən, funksioner 17 min 245 səs toplayaraq, digər namizəd Hakan Safini (9927 səs) böyük fərqlə üstələyib. O, 8 illik fasilədən sonra yenidən "Fənərbağça"nın prezidenti olub.