Tərtər rayonunun Bala Kəngərli kəndində sakinlərin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən növbəti vətəndaş qəbulu təşkil olunub. Qəbulda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd vətəndaşların narahatlığına səbəb olan məsələləri birbaşa dinləmək, qaldırılan problemlərin həlli istiqamətində birgə və səmərəli addımlar atmaqdır.
Səmimi və dialoq formatında keçən qəbul zamanı kənd sakinləri tərəfindən əsasən kənddaxili elektrik xətlərinin yenilənməsi və təmir-bərpa işlərinin aparılması, sakinlərin müvafiq iş yerləri ilə təmin olunması və məşğulluq problemlərinin həlli və digər sosial-məişət məsələləri qaldırılıb.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Qaldırılan problemlərin bir qismi yerindəcə öz həllini tapıb, digər vaxt tələb edən məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonda rayon sakinləri ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Gəray Gəraybəyli: Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir
Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslərlə test imtahanı iyul ayının 12-də keçiriləcək
Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır - Zahid Oruc