10 iyun 2026 02:10
133

ABŞ İrana üçüncü hücum dalğasına başlayıb

ABŞ-nin hərbi qüvvələri İrana üçüncü hücum dalğasına başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində ABŞ administrasiyasının rəsmisinə istinadən bildirib.

Jurnalistin sözlərinə görə, hazırda üçüncü hücum dalğası həyata keçirilir. O, daha əvvəl İranda hava hücumundan müdafiə sistemlərinə və radarlarına ikinci hücum dalğasının başlandığını bildirib.

Çərşənbə axşamı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində "Apache" helikopterinə edilən hücuma cavab olaraq İrana hücumların başladığını elan edib.